“Saab” Braziliyada “Gripen” təyyarəsinin istehsalına başlayır

“Saab” Braziliyada “Gripen” təyyarəsinin istehsalına başlayır

İsveçin “Saab” şirkəti Braziliyada “Gripen” döyüş təyyarəsinin istehsalına başlayır.

Bu barədə “AzeriDefence” “Saab” şirkətinə istinadən xəbər verib.

“Saab” şirkətinin Braziliyanın Sao Paulo şəhəri yaxınlığındakı “Saab Aeronáutica Montagens” (SAM) zovodunda yeni “Gripen E/F” döyüş təyyarələrinin istehsalı həyata keçiriləcək. SAM zavodu “Saab” şirkətinin İsveç xaricində ilk aviasiya müəssisəsidir.

Qeyd edək ki, “Saab” şirkəti Braziliya hökuməti ilə 2014-cü ildə 36 ədəd “Gripen E/F” təyyarəsinin hazırlanaması və istehsalı üçün müqavilə bağlayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş