SAAB Danimarkanın insansız sualtı vasitələrini təkmilləşdirəcək

SAAB Danimarkanın insansız sualtı vasitələrini təkmilləşdirəcək

Danimarka Müdafiə Alınması və Logistik Təşkilatı (DALO) ilə “Saab Dynamics” arasında 81 milyon ABŞ dolları dəyərində müqavilə bağlanıb.

Bu barədə “AzeriDefence”ə SAAB şirkətindən məlumat verilib.

Müqavilə çərçivəsində “Saab Dynamics” Danimarika Hərbi Dəniz Qüvvələrinin invertarında yer alan “Double Eagle Mk IIS” insansız sualtı vasitələrin təmir və modernizasiya işlərini həyata keçirəcək.

Danimarika HDQ-nin “Flyvefisken” sinifli “Standard Flex” patrul katerlərinə dəstləşdirilən məsafədən idarə olnan “Double Eagle Mk IIS” dəniz minalarının aşkarlanması və digər kəşfiyyat işləri üçün istifadə edilir.

“Double Eagle Mk IIS”nin təkmilləşdirilməsi müqaviləsi dörd sonar sistemi, iki GPS sistemi, iki Doppler radar / İnersial Naviqasiya Sistemi, iki kamera sistemi daxil olmaqla müxtəlif alt sistemlərin və ehtiyat hissələrin satınalmasını əhatə edir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş