SAAB Latviya və Estoniyaya qumbaraatan ixrac edəcək

SAAB Latviya və Estoniyaya qumbaraatan ixrac edəcək

İsveçin SAAB şirkəti Latviya və Estoniyaya “Carl-Gustaf M4” tank əleyhinə qumbaraatan tədarük edəcək.

Bu barədə “AzeriDefence”ə SAAB şirkətindən məlumat verilib.

İsveçin Müdafiə Satınalmaları Agentliyi (FMV) tərəfindən 2019-cu ilin iyununda imzalanan saziş İsveç, Latviya və Estoniyaya on il müddətində “Carl-Gustaf M4” silah sistemləri sifariş verməyə imkan verir.

Yeni nəsil tank əleyhinə qumbaraatan hesab edilən “Carl-Gustaf M4”ün sifarişçilərə çatdırılması 2021-2024-cü illərdə həyata keçiriləcək.

“Carl-Gustaf M4” qumbaraatanı əsas döyüş tankları, zirehli texnikalar, o cümlədən strateji binaları və ya bunkerləri məhv etmək üçün xüsusi olaraq hazırlanıb. Effektiv atış məsafəsi zirehli maşınlara və ya tanklara qarşı 500 metr, binalara və stasionar hədəflərə qarşı 700 metr, zirehdəlmə qabiliyyəti  400 mm təşkil edir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş