SAAB “Patria AMV” zirehli maşınını gücləndirəcək

SAAB “Patria AMV” zirehli maşınını gücləndirəcək

Finlandiyanın “Patria” şirkəti ilə İsveçin SAAB şirkəti arasında müqavilə imzalanıb.

Bu barədə “AzeriDefence” “Patria Group” şirkətindən məlumat verilib.

Müqavilə çərçivəsində “Patria” şirkətinin istehsalı olan 8×8 təkər formuluna malik “Patria AMV” zirehli nəqliyyat vasitəsinə SAAB tərəfindən müasir video sistemi və sərt döyüş tələblərinə cavab verən möhkəm hərbi elektron həllər quraşdırılacaq.

Qeyd edək ki, hazırda 1600-dən çox “Patria AMV” piyadaların döyüş maşını (PDM) 8 ölkənin Silahlı Qüvvələrində xidmət göstərir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş