Saab pilotsuz helikopteri “Skeldar”ın testlərin yekunlaşdırır

İsveçin “Saab” şirkətinin hazırladığı “Skeldar” adlı pilotsuz helikopter uçuş testlərini yekunlaşdırır. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə “Saab” şirkəti məlumat yayıb.

“Skeldar” ağır yanacaqla işləyən mühərriklə hərəkətə gətirilir. Bu mühərriklə pilotsuz helikopterin dəniz və quru əməliyyatları üçün ən etibarlı həllərdən biri olacağı gözlənilir.

Hazırda helikopterin performans testləri İsveç və Almaniyada aparılır.

“Hirth Motors” şirkəti tərəfindən istehsal edilmiş mühərriklə bir yerdə çəkisi 220 kq olan “Skeldar”ın faydalı yükü 40 kq təşkil edir. Helikopter hazırda havada 5-7 saat qala bilir.

KATEQORIYA:
Bu xəbəri paylaş