SAAB şirkəti AEW&C sifarişi alıb

SAAB şirkəti AEW&C sifarişi alıb

SAAB şirkəti adı açıqlanmayan ölkə ilə “Saab 2000 Erieye” adlı havadan erkən xəbərdarlıq və nəzarət AEW&C (Airborne Early Warning and Control) təyyarələrinin tədarükünə dair müqavilə bağlayıb.

Bu barədə “AzeriDefence”ə SAAB şirkətindən məlumat verilib.

Müqavilənin dəyəri 1.5 milyard SEK təşkil edir. Müqavilə çərçivəsində SAAB şirkəti açıqlanmayan sayda “Saab 2000 Erieye” AEW&C təyyarəsini 2020-2023 illərdə sifarişçiyə çatıracaq.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş