SAAB yeni AESA radarını sınaqdan keçirdi

SAAB yeni AESA radarını sınaqdan keçirdi

İsveçin SAAB şirkəti döyüş təyyarələri üçün yeni X-band AESA radarının sınaqlarını tamamlayıb.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə SAAB şirkəti məlumat yayıb.

PS-05/A radar seriyasının yeni variant olan X-band AESA radarın ilk hava sınaqları uğurla tamamlanıb.

JAS-39 “Gripen-D” döyüş təyyarəsində keçirilmiş sınaqlar zamanı radar vasitəsi ilə cismlərin izlənməsi və izlənmə zamanı məlumatlar toplanması uğurla yerinə yetirilib.

Gələcəkdə radarın “Gripen” təyyarələrinin C və D variantlarında istifadəsi nəzərdə tutulur. Radarda daha az güc sərfi və istiliyə davamlı gallium-nitriddən (GaN) istifadə olunub. Yeni AESA radar kiçik radar izinə malik hədəfləri aşkarlaya bilməklə yanaşı radioelektron mübarizə sistemlərinə qarşı dayanıqlığı ilə fərqlənir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş