SAAB yeni kumulyativ qumbaraatan mərmisi hazırlayıb

SAAB şirkəti Carl Gustaf M3 qumbaraatanları üçün HEAT 655 SC adlı kumulyativ (yığılmış) mərmilərin çatdırılmasını həyata keçirib. “AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumata gör, yeni mərmi bağlı sahələrdən (bina və örtülü mövqelərdən) atış üçün optimallaşdırılıb.

Yeni mərminin yaradılması şəhər döyüşlərinin artması fonunda NATO-un bəzi ordularının piyada bölmələrinin əsas tələblərindən biridir.

Çəkisi 4,8 kq, çapı 84 mm təşkil edən mərmi 700 metr məsafədə 500 mm qalınlığında zirehi dəlməyi bacarır. HEAT 655 CS mərmisinin başlanğıc sürəti 205 m/saniyədir.

Sistemin işi elə qurulub ki, atış zamanı gövdə və mərminin çəkisi tarazlaşır və təpmə azalır. Qarşıdakı mərhələdə mərminin çəkisinin daha da azaldılması, eyni zamanda nüfuzetmənin və məhvetmənin yüksəldilməsi planlaşdırılır.

KATEQORIYA:
Bu xəbəri paylaş