Sagem FELIN təchizatını təkmilləşdirir

Sagem şirkəti FELIN təchizat dəstinin təkmilləşdirilməsi istiqamətində işlər aparır. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Parisdə keçirilən EUROSATORY-2012 sərgisində məlumat verilib.

Əfqanıstanda döyüş şəraitində aparılan testlər zamanı FELİN-dən istifadə etmiş əsgərlər sistemin kommunikasiya dəstini , gecəgörmə sistemlərini və görüş qurğularının fəaliyyətini bəyəniblər. Hazırda Sagem şirkəti təchizatın çəkisini azaltmaq və enerji gücünü artırmaq üçün sistemin yeni batareya paketini hazırlamaqla məşğuldur. Hazırda sistemin mövcud batareyaları FELİN-i təxminən 24 saat elektrik enerjisi ilə təmin edə bilir. Yeni batareyalar paketində isə bu 72 saata qalxacaq.

Sagem sərgidə FELİN-in ixrac variantını da nümayiş etdirsə də hansı ölkələrdən sifariş təkliflərinin olması barədə məlumat verilməyib.

Qeyd edək ki, indiyədək Fransa Ordusunda 7 alay FELIN ilə təchiz edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş