Sagem yeni artilleriya naviqasiya sistemini təqdim edib

Fransız Sagem şirkəti yeni nəsil Sigma 30-700 artilleriya naviqasiya sistemini təqdim edib. “AzeriDefence”nin Safran Groupun saytına istinadən verdiyi məlumata görə, yeni sistem uzunlüləli və uzaqvuran artilleriya sistemləri üçün nəzərdə tutulub.

Sigma 30-700 sistemi uzaqvuran artilleriyadan yüksək dəqiqlik atışının təminatı üçün nəzərdə tutulub. Sigma 30 ailəsinin digər nümunələri kimi, yeni sistem GPS-siz dəqiqliyə zəmanət verir.

KATEQORIYA:
Bu xəbəri paylaş