Şahbulaq qalasına Azərbaycan bayrağı sancılıb – VİDEO

Şahbulaq qalasına Azərbaycan bayrağı sancılıb – VİDEO

Ermənistanın işğalından azad edilən Ağdam rayonundakı Şahbulaq qalasında Azərbaycan bayrağı ucaldılıb.

“Azeri Defence”nin məlumatına görə, bu barədə sosial şəbəkələrdə videogörüntülər yayılıb.

Şahbulaq qalası Ağdam şəhərinin 10 kilometrliyində yerləşir. Qarabağ xanlığının banisi Pənahəli xan XVIII əsrdə “Şah bulağı” adı ilə məşhur olan bulağın yanında bir qəsr kompleksi, daş və əhəngdən məscidlər, evlər, bazar və hamamlar tikdirib.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş