Şahin Məmmədov: “Azərbaycan Hərbi Dəniz Qüvvələrinin müasirləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir”

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gəmilər bazasının, heyətinin müasirləşdirilməsi, təkmilləşdirilməsi, yeni avadanlıqla təminatı sahəsində müxtəlif tədbirlər həyata keçirilir.
“AzeriDefence”nin məlumatına görə, bunu ANS telekanalına müsahibəsində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi, I dərəcəli kapitan Şahin Sultanov bildirib.

Ş. Məmmədovun sözlərinə görə, Azərbaycan HDQ-nin Rusiyanın Xəzərdəki limanlarına 3 dostluq səfəri olub. Rusiyanın gəmiləri 3 dəfə Bakıya səfər edib.

Ş. Məmmədov qeyd edib ki, bir aydan sonra Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinə Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhədçi gəmilərinin gəlişi gözlənilir və onlar birgə təlim keçəcəklər.

Yeni hərbi gəmilərin tikintisi ilə bağlı məsələlərdən danışan Ş. Məmmədov qeyd edib ki, bunun üçün uzun müdət tələb olunur: “Həm gəmilərin bizim tələblərə uyğun hazırlanması, həm onların üzərində silahların, texniki vasitələrin, mühərriklərin və s. yerləşdirilməsi, həm də bu gün Xəzərdə qarşımıza qoyulmuş tapşırıqlara uyğun olub-olmamsı ilə bağlı ekspertlər qrupumuz tərəfindən işlər aparılır. İndi dünyada gəmilərin inşası ilə məşğul olan zavodlarla aparılan işlərin yekun nəticələri var. Bütün layihələr Nazirlər Kabinetinə təqdim olunub. Bu məsələlərin tələblərimzə tam cavab verməsi barədə rəylər, bu işlərin maliyyələşdirilməsi məsələləri həll olunduqdan sonra gəmilərin inşasına dərhal başlanılacaq. Gəminin inşası uzun müddət tələb edir. Yəni tikinti müddəti təqribən 1,8-2 il çəkir. Biz əsas işləri görmüşük, amma hələ tikintiyə başlanılmayıb. Onu da deyim ki, bizim Dövlət Sərhət Xidmətinin Sahil Mühafizəsi bu yaxınlarda öz ərazisində ilk patrul gəmilərinin, katerlərinin açılış mərasiminə İlham Əliyev dəvət olunmuşdu. Prezident orada iştirak etdi. Bu, bizim üçün böyük fəxr idi. Yəni, indi Azərbaycan Respyblikasına məxsus hərbi gəmilər Xəzərin qoynunda qarşıya qoyulmuş tapşırıqları layiqincə yerinə yetirir. İnanıram ki, bizim də Hərbi Dəniz Qüvvələri üçün tikiləcək ilk gəminin açılışı olacaq və simvolik məsələlər həllini tapacaq”.

KATEQORIYA:
Bu xəbəri paylaş