Salyanda ötən əsrin ortalarında istehsal olunmuş raket tapılıb

Salyanda ötən əsrin ortalarında istehsal olunmuş raket tapılıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Salyan rayonu, Xurşud kəndi ərazisində əkin sahəsindən minanın tapılması barədə məlumat daxil olub.

ANAMA-dan “AzeriDefence”yə verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Salyan rayon Polis Şöbəsinin və Mərkəzi Xəstəxanasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Salyan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 300 mm-lik M-31 raketinin döyüş başlığı (F-972) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Döyüş başlığının ətrafında 1 000 kv.m əraziyə yerüstü, 200 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Qeyd edək ki, “Katyuşa” adlı yaylım atəşli reaktiv sistemdən (YARS) atılması üçün nəzərdə tutulan M-31 raketi ötən əsrin 40-cı illərində istehsal olunub. Bundan əvvəl Azərbaycan ərazisində Tərtər rayonunda bir neçə ədəd M-31 raketinin döyüş başlığına rast gəlinib.

 

 

 

 

 

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş