Sankt-Peterburqda beynəlxalq dənzi sərgisi başlayıb

Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində MVMS-2015 beynəlxalq dəniz sərgisi işə başlayıb.
“AzeriDefence”nin məlumatına görə, iyulun 5-dək davam edəcək sərgidə 40 xarici olmaqla 370 şirkət təmsil olunur.

Sərgi müddətində Fin körfəzində Rusiya Hərbi Dəniz Qüvvələrinə və Sərhəd Xidmətinə aid 30 döyüş gəmisi, kater və yardımçı gəmi lövbər salacaq.

Sərgi günlərində Rusiya Müdafiə Nazirliyinin “Rjevka” dəniz poliqonunda xarici nümayəndə heyətləri və mətbuat müxtəlif manevrləri və atışları izləyəcəklər.

MVMS-2015 sərgisi çərçivəsində 20-dək tədbirin keçirilməsi planlaşdırılır.

Sərgiyə ziyarətçi qismində Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanlığından nümayəndə heyəti də qatılıb.

Qeyd edək ki, “Azeri Defence” jurnalı MVMS-2015 sərgisinin media tərəfdaşı qismində çıxış edir.

KATEQORIYA:
Bu xəbəri paylaş