Sarkisyan generalı işdən çıxardı

Prezident Serj Sarkisyanın sərəncamı ilə Ermənistan Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisi general-mayor Samvel Qukasyan tutduğu vəzifədən azad edilib.

“AzeriDefence” panorama.am-a istinadən xəbər verir ki, bu haqda məlumatı Ermənistan prezientinin mətbuat xidməti bildirir.

S.Sarkisyanın digər sərəncam ilə bu vəzifəyə 3 il müddətinə polkovnik Artur Baqdasaryan təyin edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş