Sarkisyanın işdən çıxardığı generala baş nazir vəzifə verdi

Serj Sarkisyanın işdən çıxardığı yüksək rütbəli hərbiçiyə baş nazir Karen Karapetyan vəzifə verib.

“AzeriDefence”nin erməni mətbuatına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikasının baş naziri Enriko Apriamovu Ermənistan Fövqəladə Hallar nazirinin müavini təyin edib.

Xatırladaq ki, Apriamov Ermənistan Respublikasının prezidenti Serj Sarkisyanın sərəncamı ilə mayın 3-də Müdafiə Nazirliyinin Baş Qərargah Rəsinin müavini vəzifəsindən azad edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş