Saxta sənədlə Azərbaycanın sərhədini keçənlər saxlanılıb

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları mütəşəkkil cinayətkarlığa qarşı mübarizə və saxtalaşdırılmış sənədlərlə dövlət sərhədini keçməyə cəhd edən şəxslərin aşkarlanması istiqamətində fəaliyyətlərini davam etdirirlər.

DSX-nın Mətbuat Mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, noyabrın 29-də həyata keçirilən tədbirlər nəticəsində Heydər Əliyev Beynəlxalq Hava Limanında 338 nömrəli “İstanbul-Bakı” aviareysi ilə ölkəmizə gələn Sierra Lion Respublikası vətəndaşları 1982-ci il təvəllüdlü Jallo Kemoh və 1989-cu il təvəllüdlü Kargbo Abu Bakarr, Almaniya vətəndaşı Şharestani Bernd İsfendior və İspaniya vətəndaşı Diyez Paskual Pablo adlı şəxslərə verilən vizaları şəxsi pasportlarına vurdurmaqla saxta sənədlə dövlət sərhədini keçməyə cəhd göstərərkən saxlanılıblar.

Araşdırma aparıldıqdan sonra hər iki şəxs “Bakı-İstanbul” reysi ilə geri qaytarılıblar.

KATEQORIYA:
Bu xəbəri paylaş