SDB II bombalarının istehsalına başlanır

“Raytheon” şirkəti ABŞ Hərbi Hava Qüvvələri ilə birgə stasionar hədəflərə düz düşmə qabiliyyətinə malik SDB II (Small Diameter Bomb II) kiçik çaplı bombaların sınaqlarını yekunlaşdırıb. Bu barədə “AzeriDefence” “Raytheon” şirkətinin saytına istinadən məlumat verib.

Müvəffəqiyyətli sınaqlar seriya istehsalın ilk mərhələsinə keçməyə icazə verir. Sınaqlar zamanı yenilənmiş avadanlıq və elektronika bombaya bir neçə stasionar hədəfi izləməyə imkan verib. Maneələr fonunda bomba özünü yüksək dəqiqliklə doğruldub.

SDB II bombası 40 mildən (75 km) uzaq məsafədə seçilmiş hədəfləri vura bilər. Bombanın güclü döyüş başlığı zirehli hədəfi məhv edir. Əlaqə kanalları uçuş zamanı bombanı seçilmiş hədəfə istiqamətləndirməyə imkan verir.

Qeyd edək ki, Pentaqon SDB II proqramına 700 milyon dollardan artıq vəsait xərcləyib.

KATEQORIYA:
Bu xəbəri paylaş