Səfərbərlik Xidməti “Əsgərə məktublar” adlı yazı müsabiqəsi elan edib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vətənpərvərlik təbliğatının yüksəldilməsi məqsədi ilə kütləvi informasiya vasitələri nümayəndələri arasında “Əsgərə məktublar” adlı yazı müsabiqəsi elan edib.

Bu barədə “AzeriDefence”yə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.

Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.Müsabiqəyə 2015-ci ilin dekabr ayının 7-dən 29-dək olan müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında dərc olunan yazılar buraxılacaq.Yazılar 3000 (üç min) işarədən çox olmamalıdır və məktub janrında yazılmalıdır. Təqdim olunan bütün yazılarda vətənpərvərlik ruhu yaradılmalıdır.Müsabiqəyə təqdim olunan yazılar təbliğat, maarifləndirmə, çap məqsədilə Xidmətin nəşrlərində istifadə edilə bilər. Müsabiqə üçün yazılar 2015-ci il dekabr ayının 30-dək elektron formada info@seferberlik.gov.az ünvanına göndərilməlidir. Yazılar dərc olunarkən “Yazı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Əsgərə məktublar” adlı müsabiqəsinə təqdim olunur” qeydinin olması zəruridir.

Qaliblərin mükafatlandırılması:
I yer – 500 manat
II yer – 300 manat
III yer – 200 manat

Həvəsləndirici mükafatlar (10 mükafat) – 100 manat
Müsabiqənin qalibləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin diplomları ilə təltif olunacaqlar.
Əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət etmək olar:
Ünvan: Bakı şəhəri, Z.Əliyeva küçəsi, 30.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin inzibati binası
Əlaqə telefonları: 493-06-52 (operator)

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş