Səfərbərlik Xidməti “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna edilmiş son dəyişikliyə aydınlıq gətirib

 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna edilmiş son dəyişikliyə aydınlıq gətirib.

Xidmətdən “AazeriDefence”yə verilən məlumata görə, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun 21.1-ci maddəsinə əsasən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda təhsilini davam etdirmək üçün çağırışçılara təhsili davam etdirmək üçün çağırışa möhlət yalnız bir dəfə verilir.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanının 5.1-ci bəndinə dəyişiklik edilərək “12.4-cü maddəsində birinci halda,” sözlərindən sonra “21.1-ci,” sözləri əlavə edilib.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.1-ci bəndinə əsasən, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 21.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

Azərbaycan Respublikası Prezidentinin 04 oktyabr 2016-cı il tarixli müvafiq Fərmanına əsasən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında, eyni zamanda Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi elmi təşkilatda təhsilini davam etdirmək üçün müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 18.1.3-cü maddəsinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə verilir.

KATEQORIYA:
Bu xəbəri paylaş