Səfərbərlik Xidmətində Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib

İyunun 14-də Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Aparatında Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.

Bu barədə “AzeriDefence”yə Xidmətin mətbuat mərkəzindən məlumat verilib

Tədbirdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev bildirib ki, 1993-cü ilin 15 iyununda xalqın təkidli tələbi ilə ali siyasi hakimiyyətə qayıdan ümummilli liderin Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən və parçalanmaq təhlükəsindən xilas edib.

Z.Abdullayev bildirib ki, H. Əliyev daim Azərbaycan xalqına qarşı haqsızlıqlarla ciddi mübarizə aparıb və bu mübarizəni qətiyyətlə davam etdirib.

“Bu gün həmin qətiyyətli mübarizənin nəticəsidir ki, Azərbaycan xalqı azad, müstəqil dövlətdə yaşayır. Bu müstəqillik ulu öndər H. Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycana ikinci dəfə ali siyasi hakimiyyətə qayıdışı ilə bərqərar oldu. Bu gün gənclərimiz bu müstəqilliyin qədrini bilməli və ümummilli liderimiz H. Əliyevin bizlərə miras qoyduğu müstəqil Azərbaycana rəhbərlik edən ölkə prezidenti İlham Əliyevin uğurlu siyasəti ətrafında sıx birləşməlidir”, – deyə Z.Abdullayev vurğulayıb.

Tədbirdə H. Əliyevə həsr olunmuş sənədli film nümayiş etdirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş