Səfərbərlik Xidmətində müşavirə keçirilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 2016-cı ilin xidməti fəaliyyətin yekunlarına və 2017-ci ilin yanvar çağırışına hazırlıqla əlaqədar müşavirə keçirilib.

Bu barədə “AzeriDefence”yə Xidmətin mətbuat mərkəzindən məlumat verilib.

Müşavirədə Xidmət rəisi general-leytenant Arzu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 2016-cı il ərzində görülmüş işlərə dair ətraflı çıxış edib və 2017-ci ildə Xidmət tərəfindən görüləcək işlər barədə məlumat verib.

Sonra, bir sıra məsələlər müzakirə olunub, A. Rəhimov 2017-ci ildə xidməti fəaliyyətin daha yüksək səviyyədə təşkil olunmasına dair tapşırıq və tövsiyələrini bildirib.

Daha sonra, Xidmət rəisinin müavinləri və idarə rəisləri görülmüş işlərə dair məruzələr edib.

Müşavirənin yekununda xidmətdə fərqlənən hərbi qulluqçular mükafatlandırılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş