Səfərbərlik Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi işdən çıxıb

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, kapitan Nurəddin Heydərov Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılıb.

Bu barədə “AzeriDefence”yə N. Heydərov özü məlumat verib.

N. Heydərov hərbi xidmətdən öz ərizəsi ilə ehtiyata buraxıldığını bildirib.

Onun yerinə hələ ki təyinat olmayıb.

Qeyd edək ki, kapitan N. Heydərov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə 2013-cü ildə təyin olunmuşdu. O, hərbi qurumların mətbuat xidmətləri arasında öz aktivliyi ilə seçilib.

KATEQORIYA:
Bu xəbəri paylaş