Səfərbərlik Xidmətinin rəis müavini vəzifəsinə yeni təyinat olub

Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə yeni təyinat olub.

Bu barədə “AzeriDefnce” Səfərbərlik Xidmətinin rəsmi saytına istinadən məlumat verib.

Məlumata əsasən polkovnik Şahverdiyev Mayıl Seminar oğlu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, bu təyinata qədər M.Şahverdiyev Xidmətin Göygöl rayon şöbəsinin rəisi olub.

 

KATEQORIYA:
Bu xəbəri paylaş