Şəhid Çingiz Qurbanovun nəşi hərbi ehtiramla Bakıya göndərilib – FOTO

Şəhid əsgər Çingiz Qurbanovun nəşi Bakıya göndərilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən 2016-cı ilin dekabr ayının 29-da şəhid olmuş əsgər Qurbanov Çingiz Salman oğlunun cənazəsi hərbi ehtiram qaydalarına uyğun olaraq fəxri qarovulun müşayiəti ilə Bakı şəhərinə yola salınıb.

Qeyd edək ki, bu gün səhər saatlarında şəhid Çingiz Qurbanovun nəşi ermənilər tərəfindən geri qaytarılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş