Şəhid pilotlar və xüsusi təyinatlı zabit dəfn olunub

Aprelin 2-də cəbhə xəttində baş verən döyüşlərdə şəhid olmuş pilotların və Xüsusi Təyinatlı Qüvvələrin zabiti Bakı şəhərində dəfn olunub.

“AzeriDefence”nin məlumatına görə, şəhid pilotlar Təbriz Musazadə, Urfan Vəlizadə, baş leytenant Bəkir İsmayılov və Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Mirzəyevlə Təlim Tədris Mərkəzində təşkil olunmuş vida mərasimində Azərbaycanın müdafiə naziri Zakir Həsənov, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıqov, Dövlət Sərhət Xidmətinin rəisi Elçin Quliyev və hərbi prokuror Xanlar Vəliyev, dövlət və hökümət rəsmiləri, deputatlar, hərbçlər, ictimayyiət nümayəndələri və şəhidlərin yaxınları iştirak edib.

Nazir Zakir Həsənov qeyd edib ki, yüz illərdir, erməni faşistləri tərəfindən azərbaycanlılara qarşı cinayətlər törədilir. Bu cinayətin qarşısı alınmasaydı, yenə davam edəcəkdi.

Şəhidlərin bütün dünyaya Azərbaycan xalqının qəhrəman xalq olduğunu sübut etdiyini deyən nazir onların qisasının alınacağını vurğulayıb: “Bu gün Ali Baş Komandanlığının rəhbərliyi ilə Silahlı Qüvvələrdə böyük ruh yüksəkliyi var. Şəhidlərin qisası alınacaq və biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Heç kəs buna şübhə etməsin”.

Daha sonra “Şəhidlər ölməz ,vətən bölünməz” şüarları altında şəhidlərimiz ıı Fəxri Xiyabana aparılıb. Xiyabanda şəhidlərimizi böyük insan kütləsi qarşılayıb, duallar və vətənpərvər şüarlarla torpaqa tapşırıb.

KATEQORIYA:
Bu xəbəri paylaş