Şəmkirdə gənc sərhədçilər hərbi and içiblər

Mayın 20-də Dövlət Sərhəd Xidmətinin Şəmkir şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Bu barədə “AzeriDefenece”yə DSX-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı gеnеral-polkovnik Еlçin Quliyеvin təbriki şəxsi heyətə çatdırılıb.

Tədbirdə iştirak edən validеynlər hərbi hissələrdə yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, övladlarını təbrik еdərək onlara Vətən sərhədlərinin kеşiyində ayıq-sayıq dayanmağı tapşırıblar. Tədbir gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.

KATEQORIYA:
Bu xəbəri paylaş