Separatçı rejimin “rəhbərləri” beynəlxalq axtarışa verilib

Separatçı rejimin “rəhbərləri” beynəlxalq axtarışa verilib

Azərbaycanın dinc əhalisinə qarşı terror cinayətlərinin törədilməsi əmrini verən yüksək rütbəli dörd erməni məmur barəsində beynəlxalq axtarış elan olunub.

Azeri Defence saytının məlumatına görə, bunu Baş prokuror Kamran Əliyev oktyabrın 30–da keçirilən brifinqdə deyib.

Kamran Əliyev bildirib ki, Azərbaycanın istintaq orqanları tərəfindən Ermənistan nümayəndəsi, özünü qondarma “Dağlıq Qarabağ respublikası”nın prezidenti elan edən Araik Arutunyan, onun köməkçisi David Babayan, qondarma rejimin “müdafiə naziri” adlandırılan Cəlal Arutunyan və deputat Armen Babacanyan barəsində cinayət işi başlanıb.

Onlar müharibə cinayətləri törətməkdə təqsirləndirilirlər və həmin şəxslərin istintaqa cəlb olunmaları barədə qərar qəbul edilib.

Onların tutularaq istintaqa cəlb edilmələri barədə İnterpola məlumat verilib.

KATEQORIYA:
Bu xəbəri paylaş