Serbiya Çindən PUA və aviasiya raketləri alıb

Serbiya Çindən PUA və aviasiya raketləri alıb

Serbiya Silahlı Qüvvələri Çindən CH-92A indeksli pilotsuz uçuş aparatları (PUA) və FT-8C (Fei Teng) raketləri alıb.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi xəbərə görə, bu barədə Serbiya Müdafiə Nazirliyi məlumat yayıb. Serbiyaya tədarük edilən CH-92A PUA-lar və FT-8C raketləri ilk dəfə nümayiş etdirilib.

Belqrad yaxınlığındakı Bataitsa bölgəsində yerləşən aviasiya bazasında Prezident Aleksandar Vuçiçin iştirak etdiyi bir tədbirdə Serbiya Ordusu CH-92A PUA-larını və FT-8C raketlərini silahlanmaya qəbul edib.

Serbiya Prezidenti hazırda 18 ədəd lazerlə idarə olunan FT-8C raketinin əldə edildiyini, lakin gələcəkdə daha çox döyüş sursatı alınacaqlarını bəyan edib. CH-92A PUA-nın sayı barədə açıqlanma verilməsə də, ən azı 6 ədəd PUA-nın əldə edilməsi ehtimal olunur.

Prezident Aleksandar Vuçiçinə CH-92A PUA-nın taktiki-texniki xüsusiyyətləri barədə məlumat verilib. Bildirilib ki, CH-92A PUA 250 km radiusda kəşfiyyat-müşahidə və zərbə tapşırıqlarını yerinə yetirə bilir. 9 km məsafədən hədəfi təsbit edən PUA 16.500 fut yüksəkdə əməliyyat aparmaq imkanına malikdir.

FT-8C raketinin çəkisi 18 kq təşkil edir. FT-8C müxtəlif yüksəkliklərdən 6-9 km-dək məsafəyə atış qabiliyyətinə malikdir.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş