Serbiya Ermənistana silah tədarükünün araşdırılması üçün Azərbaycana nümayəndə heyəti göndərəcək

Serbiya Ermənistana silah tədarükünün araşdırılması üçün Azərbaycana nümayəndə heyəti göndərəcək

Serbiya Ermənistana silah göndərilməsi faktı ilə bağlı vəziyyətin araşdırılması üçün yaxın vaxtlarda Azərbaycana nümayəndə heyəti göndərəcək.

Azeri Defence saytının məlumatına görə, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığında deyib.

Serbiya Prezidenti hərbi toqquşmalarda Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirib.

O, bu vəziyyətin araşdırılması ilə bağlı yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksəksəviyyəli nümayəndə heyətinin göndəriləcəyini qeyd edib.

Aleksandr Vuçiç Azərbaycanla strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərini yüksək qiymətləndirdiyini vurğulayaraq bunun təsdiqi kimi, Azərbaycan Prezidentini Serbiyaya rəsmi səfərə dəvət edib.

KATEQORIYA:
Bu xəbəri paylaş