Serbiya “Morava” reaktiv atəş sisteminin sınaqlarını yekunlaşdırıb – FOTO

Serbiya müdafiə sənayesinin istehsalı olan “Morava” reaktiv yaylım atəş sisteminin sınaqları yekunlaşıb.“AzeriDefence”nin “InSerbia News” saytına istinadən verdiyi məlumata görə, yeni sistem 2015-ci ilin sonuna qədər Serbiya Silahlı Qüvvələrinin silahlanmasına daxil olacaq.

“Morava” RYAS “Qrad” (122 mm) və “Oganj” (128 mm) raketlərindən istifadə edir.

Sistemin 98% komponenti Serbiyanın yerli institutları tərəfindən hazırlanıb.

Hərbi-Texniki Institutun direktoru Zoran Rajic bildirib ki, “Morava”nın hazırlanmasına beş il sərf olunub.

“Morava” 35 kilometrə qədər məsafədə rəqibin yürüstü hədəflərini məhv etmə qabiliyyətinə sahibdir. Sistemdə yeni naviqasiya avadanlıqları qurulub. Atış idarəetmə sistemi tamamilə kompüterləşdirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş