Serbiya Ordusu silahlı “Miloş” robotunu sınaqdan keçirib

Serbiya Ordusu silahlı “Miloş” robotunu sınaqdan keçirib

Serbiya Xüsusi Təyinatlı Qüvvələri “Miloş” adlı məsafədən idarə olunan silahlı platformanın sınaqlarını keçirib.

Bu barədə “Azeri Defence” Serbiyanın Müdafiə Nazirliyinə istinadən məlumat verib.

“Miloş” insansız platforması görüş şəraitində komanda və idarəetmə vasitəsindən təxminən 2 km-dək məsafədə idarə oluna bilir. Platforma 7.62 mm çaplı M86 pulemyotu və 40 mm çaplı M16 qubaraatanla silahlandırılıb. Həmçinin 450 metrədək məsafədə insanı təyin edə bilən və gecə hərəkətinə imkan verən termal kamera ilə təchiz olunub. “Miloş” 80 sm genişlikdə standart bir qapıdan keçə, pilləkənləri qalxa, binaların daxilində istifadə edilə bilər.

“Uzaqdan idarə olunan “Miloş” platforması artıq öz keyfiyyətlərini göstərdi və biz indi onu Serbiya Silahlı Qüvvələrinin standart silahlanmasına təqdim edirik. Tezliklə “Mali Miloş” platformasının bir dəstəsi Xüsusi Briqadanın silahlanmasına veriləcək”, – deyə Serbiyanın Müdafiə naziri Aleksandar Vulin bildirib.

Qeyd edək ki, “Miloş” məsafədən idarə olunan platforma Serbiya Hərbi Texniki İnstitutu (MTI) tərəfindən “PPT Namenska” şirkəti ilə birlikdə hazırlanıb.

KATEQORIYA:
Bu xəbəri paylaş