
Serbiya ordusu yeni raketini sınaqdan keçirib
Serbiya silahlı qüvvələri tərəfindən RLN-IC FM-2 yaxın mənzilli “yer-hava” tipli raket sınaqdan keçirilib.
“AzeriDefence” xəbər verir ki, bu barədə Serbiya Müdafiə Nazirliyi məlumat yayıb.
Serbiyanın Müdafiə naziri Aleksandar Vulinin iştirakı ilə keçirilən atış sanaqlarının uğurla nəticələndiyi bildirilib. “Pasars” FM-1 zenit-raket-top kompleksindən buraxılan raket 120 mm-lik işıqlandıran minaatan mərmisinə yönləndirilib.
RLN-IC raketi “Pasars” ZRTK-nin təkmilləşdirilmiş üçüncü versiyasına komplektləşdirilməsi üçün nəzərdə tutulub.
Qısa mənzilli zenit raketi hədəfə özütuşlanan infraqırmızı döyüş başlığına, rəqəmsal idarəetmə sisteminə və daha böyük döyüş başlığına malikdir.
KATEQORIYA: Xəbərlər