Serbiya Silahlı Qüvvələri 56 ədəd UAZ “Patriot” avtomobili əldə edib

Serbiya Silahlı Qüvvələri 56 ədəd UAZ “Patriot” avtomobili əldə edib

Serbiya Silahlı Qüvvələri Rusiyadan 56 ədəd UAZ “Patriot” off-road xüsusiyyətlərinə malik avtomobil alıb.

Bu barədə Azeri Defence saytı Serbiya Müdafiə Nazirlinin mətbuat xidmətinə istinadən məlumat verib.

Serbiya Müdafiə naziri Aleksandr Vulin və Silahlı Qüvvələrin Baş Qərargah rəisi general Milan Moisiloviçin iştirakı ilə Pansvoda yerləşən Utva təyyarə zavodunda UAZ “Patriot” avtomobillərinin təqdimat mərasimi keçirilib.

Mərasimdə bildirilib ki, 2020-ci il oktyabrın sonunda Rusiya tərəfindən daha 8 ədəd UAZ “Patriot” avtomobilinin Serbiya Silahlı Qüvvələrinə çatdırılması planlaşdırılıb.

UAZ “Patriot” nəqliyyat vasitələri Serbiya hərbi polisinin və Quru Qoşunlarının bölmələrinin ehtiyaclarını qarşılamaq üçün hazırlanıb. Bundan əvvəl Serbiya Silahlı Qüvvələri 2006-cı ildə UAZ “Patriot” avtomobilləri əldə edib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş