Serbiya təkmilləşdirilmiş M-84AS1 tankının təqdimatını keçirib

Serbiya təkmilləşdirilmiş M-84AS1 tankının təqdimatını keçirib

Serbiya Müdafiə Nazirliyi Ordunun silahlanmasında yer alan keçmiş Yuqoslaviya istehsalı M-84 tanklarını modernizasiya edir.

“AzeriDefence” xəbər verir ki, bu barədə Serbiya Müdafiə Nazirliyi məlumat yayıb.

Modernizasiya nəticəsində M-84AS1 səviyəsinə yüksəldilən əsas döyüş tankının Serbiya Müdafiə naziri Aleksandar Vulinin iştirakı ilə təqdimat mərasimi keçirilib. M-84 AS1 tankı infraqırmızı gecə görmə cihazı, gecə-gündüz görüntüsünə malik DNNS 2ATK optik lazer-nişangah və rəqəmsal idarəetmə sistemi ilə təchiz edilib.

Modernləşdirilən M84 AS1 tankı “Thales” şirkətinin istehsalı olan müasir rabitə sistemi, TOMS müşahidə cihazı, SOFTKIL optik sistemi, o cümlədən 2-ci nəsil dinamik müdafiə sistemi ilə təchiz edilib.

Bundan əlavə, M-84AS1 tankı üzərində 12,7 mm-lik pulemyot olan uzaqdan idarə olunan döyüş modulu ilə silahlandırılıb.

Serbiyanın Müdafiə naziri Aleksandar Vulin bildirib ki, M-84 tankının modernləşdirilməsinə 1991-ci ildə başlansa da bu günədək işlər tamamlanmayıb.

M-84 tank platformasının potensialı nəzərə alınaraq tankın modernləşdirilməsi iki mərhələdə yerinə yetiriləcək. İlk mərhələdə 8 alt sistem, ikinci mərhələdə digər 12 sistemin yenisi ilə əvəz edilməsi nəzərdə tutulur.

KATEQORIYA:
Bu xəbəri paylaş