Serbiya yeni M-20 minaya qarşı qorumalı maşının təqdimatını keçirib

Serbiya yeni M-20 minaya qarşı qorumalı maşının təqdimatını keçirib

Serbiya Müdafiə Nazirliyi “Zastava TERVO” şirkətinin zavodunda yeni M-20 minaya qarşı qorumalı maşının (MRAP) xüsusiyyətləri və imkanlarını təqdim edib.

Bu barədə “AzeriDefence” “Polygonjournal”a istinadən məlumat verib.

Təşkil olunan təqdimetmə mərasimdə bildirilib ki, M-20 MRAP yerli imkanlar hesabına Serbiyanın Hərbi Texniki İnstitutu, “Zastava TERVO” və FAP mühəndisləri tərəfindən hazırlanıb.

6×6 təkər formuluna malik M-20 zirehli döyüş maşını “Mercedes” lisenziyası altında FAP tərəfindən istehsal olunan keyfiyyətli komponentlərlə təchiz edilib.

M-20 zirehli döyüş maşını 3 heyət, 9 desantın rahatlığını və təhlükəsiliyini təmin edən geniş daxili imkanlara və yüksək qoruma qabilliyətinə malikdir.

FAP 2228 şassisi üzərində istehsal edilən M-20 MRAP istifadə sahəsindən asılı olaraq müxtəlif silah sistemləri ilə təchiz edilə bilər.

 

KATEQORIYA:
Bu xəbəri paylaş