Yeni zirehli maşın: “Miloş” – FOTOLAR

Serbiya MRAP sinifli BOV M16 “Miloş” zirehli avtomobilini təqdim edib.

“AzeriDefence”nin məlumatına görə, ilk dəfə İDEX-2017 müdafiə sərgisində nümayiş olunan maşın Serbiyanın “Yugoimport SDPR” şirkətinin “Borbeni Slojeni Sistem” müəssisəsində yaradılıb.

Maşın 4×4 təkər formulu üzərindədir. Konfiqurasiyasından asılı olaraq, maşının çəkisi 12-14 ton arasında dəyişə bilir. “Miloş”un uzunluğu 5,48 metr, eni 2,48 metr, hündürlüyü isə 2,3 metrdir.

Maşın heyətindən başqa 8 nəfəri daşıya bilir.

V-qruluşlu korpusa malik maşın, mina əleyhinə zireh qatı ilə gücləndirilib.

“Miloş” 300 at gücünə malik “Cummins ISB 300” dizel mühərriki ilə çalışır. “Allison 3500SP” transmissiyasına sahib olan maşının sürəti şossedə 110 km/saatdır.

Maşın 12,7 mm çaplı M15 döyüş modulu ilə silahlandırılıb.

 

KATEQORIYA:
Bu xəbəri paylaş