Serbiyanın Ermənistana silah satışını təsdiqləyən yeni sübutlar – ÖZƏL FOTOLAR

Serbiyanın Ermənistana silah satışını təsdiqləyən yeni sübutlar – ÖZƏL FOTOLAR

İşğaldan azad edilmiş Azərbaycan ərazilərindəki Ermənistan Ordusundan qalan bazalarda Serbiya istehsalı olan çox sayda silah və döyüş sursatları aşkarlanıb.

“Azeri Defence”nin baş redaktoru Rəşad Süleymanov işğaldan azad edilən Füzuli rayonu ərazisində gedən döyüşlər zamanı Ermənistan Ordusundan götürülən çox sayda qənimətlər arasında Serbiya istehsalı olan çox sayda 120 mm çaplı minaatan sursatlarının, raketlərin və 20 mm çaplı “Zastava M55” zenit toplarının olduğunu qeydə alıb.

Ermənistan Ordusunun bütün minaatan batareyalarında Serbiya istehsalı olan 120 mm çaplı sursatların istifadə edildiyini demək mümkündür. Azərbaycan Ordusuna müqavimət göstərə bilməyən Ermənistan qüvvələri əllərində silahları və bu sursatları döyüç meydanında ataraq qaçıb.

Qənimətlərdən göründüyü qədər Serbiya Ermənistana silah satışını 2016-cı ildən sonra əhəmiyyətli şəkildə artırıb. 2016-2020-ci illərdə Serbiyanın şirkətləri Ermənistana “Zastava M55” zenit topları, bu toplar üçün döyüş sursatları, 120 və 82 mm çaplı minaatanlar və onların döyüş sursatlarını, 122 mm-lik GM-2000 reaktiv raketlər satıblar. Alınmış silah və sursatlar Qarabağdakı separatçı birləşmələrin arsenalına verilib.

Qeyd edək ki, sentyabrın 28-də “Azeri Defence” jurnalı Ermənistan Ordusunun Horadiz şəhərinə Serbiyanın “EDePro” şirkətinin istehsalı olan 40 km atəş uzaqlığına malik GM-2000 raketləri atdığını əks etdirən faktları təqdim etmişdi.

BAX: Ermənilər yaşayış məntəqələrimizi Serbiyadan alınmış raketlərlə vurdular

İyul ayında Tovuz rayonu istiqamətində baş verən döyüşlər ərəfəsində Serbiyanın Ermənistana silah satışına dair məsələ üzə çıxmışdı. Faktı təsdiqləyən rəsmi Belqrad guya “Ermənistana özəl bir şirkət tərəfindən bir neçə milyon dollar dəyərində minaatanlar və döyüş sursatı ixrac edildiyini” etiraf etmişdi.

Döyüşlər zamanı ələ keçilən qənimətlər Serbiyanın açıqlamasında qeyri-səmimi olduğunu, əslində Ermənistana daha böyük silah sistemləri ixrac etdiyini göstərir.

Həmçinin oxu: Azeri Defence saytının xəbəri Balkan KİV-lərinin gündəmində

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş