Serbiyanın Ermənistana tədarük etdiyi silah-sursat sənədlərlə təsdiq edilib – SİYAHI

Serbiyanın Ermənistana tədarük etdiyi silah-sursat sənədlərlə təsdiq edilib – SİYAHI

Serbiyanın Ermənistan Silahlı Qüvvələrinə minatanlar və müxtəlif kalibrli hərbi sursat da daxil olmaqla böyük həcimdə silah və sursat tədarükünü təsdiqləyən sənədlər əldə edilib.

Azeri Defence saytının Serbiyanın NİN jurnalına istinadən verdiyi məlumata görə, “Ventura trans” şirkətinin “Kruşik” (Valevo), “Prva Petoletka” (Trstenik) və “Zastava Arms” (Kraquevas) şirkətlərindən xeyli miqdarda silah və sursat tədarükünü təşkil etdiyini təsdiqləyən sənədlər var.

NİN-in məlumatına görə, sənədlərə əsasən 14 və 15 iyul tarixlərində Nişdəki “Konstantin Velikiy” aerodromundan Serbiya istehsalı olan silahların növbəti partiyası nəqliyyat təyyarələri ilə İrəvan yaxınlığındakı aerodroma göndərilib.

Bundan əvvəl 2019-cu ildə ümumilikdə Belqrad və Niş aerodromlarından Ermənistana Serbiya müəssisələrində istehsal olunan silahlar ilə 16 aviasiya uçuşu həyata keçirilib.

NİN-in məlumatına görə, Ermənistan Ordusuna Serbiyanın “Kruşik” müəssisəsi tərəfindən minaatanlar üçün 142 000 ədəd müxtəlif çaplı mina və 10 ədəd 122 mm-lik “Qrad” raketi, “Prva Petoletka” zavodundan ən azı 100 ədəd 120 mm-lik minaatan və “Zastava Arms” müəsisəsindən 3 ədəd 20 mm-lik M55A4 zenit qurğusu çatdırılıb.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş