Serbiyanın yeni reaktiv atəş sistemi – “Dominator M2/12”

Serbiyanın Yugoimport SDPR şirkətinin mütəxəssisləri “Dominator M2/12” adlı multikalibrli (122mm/262mm/300mm) yaylım atəş sistemi hazırlayıb. Bu barədə “AzeriDefence” xarici hərbi mətbuata istinadən məlumat verib.

Yaylım atəş sistemi konteynerlərinin yerləşdirilməsi üçün böyük yükqaldırma qabiliyyətlinə malik MZKT-74135 Volat platforması seçilib. MZKT-74135 üzərində 240 ədəd 122, 262 və ya 16 ədəd 300 mm çaplı raket yerləşdirilə bilir.

“Dominator M2/12” kompleksinin atış uzaqlığı 122 mm çaplı raketlər üçün 40 km, 262 mm çaplı raketlər üçün 65 km, 300 mm çaplı raketlər üçünsə 95 km təşkil edir. Tam yüklü 240 raketin buraxılış müddəti 30-192 saniyədir.

Sistem yedəyinin zirehli kabinəsində müasir avtomatlaşdırılmış atış idarəetmə sistemi qurulub. Bu idarəetmə sistemi inersiyalı-peyk naviqasiya sistemini özündə birləşdirir. Yarımqoşqu yenidən doldurma üçün köməkçi qüvvə qurğusu və kran-manipulyatorla təchiz edilib.

“Dominator M2/12” yaylım atəş sistemi Jobaria Defence Systems (JDS) şirkətinin 228 lüləli MCL sisteminin daha ucuz alternativi kimi hazırlanıb.

KATEQORIYA:
Bu xəbəri paylaş