Sergey Şoyqu Qarabağdakı sülhməramlı əməliyyatın əsas prioritetlərini açıqlayıb

Sergey Şoyqu Qarabağdakı sülhməramlı əməliyyatın əsas prioritetlərini açıqlayıb

Rusiya və Ermənistan Müdafiə nazirlərinin ikitərəfli görüşü zamanı Sergey Şoyqu Dağlıq Qarabağda sülhməramlı əməliyyatın əsas prioritetlərini açıqlayıb.

Bu barədə “Azeri Defence” Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

“Əsas odur ki, təxribatların qarşısının alınması üçün atəşkəs rejiminə ciddi əməl olunsun. Bunun üzərində ciddi nəzarət təşkil etməyinizi xahiş edirəm.

Dağlıq Qarabağda sülhün qorunmasını prioritetlərimizdən biri hesab edirik. Bölgədəki sabitliyi gücləndirmək üçün bütün tədbirləri görürük. Artıq bu bölgədə aparılan bir sıra işləri qeyd etdiniz. Bu, ölənlərin cəsədlərinin mübadiləsidir. Hazırda əsirlərin evlərinə, ailələrinə və dostlarına qayıda bilməsi üçün mübadilə üzərində fəal iş gedir”, – deyə Sergey Şoyqu vurğulayıb.

Rusiya Müdafiə naziri bildirib ki, Qarabağa artıq 7 minə yağın qaçqın qaytarılıb.

Öz növbəsində, Ermənistanın Müdafiə naziri Vaqarşak Arutyunyan Rusiya sülhməramlı qüvvələrinin kontingentinin Dağlıq Qarabağda sülhü bərpa etmək üçün hərəkətlərini yüksək qiymətləndirib.

“Atəşkəsə riayət olunur. Belə bir tarixə və belə bir coğrafiyaya sahib olan bu münaqişə üçün, açığı, qüvvələr bu qədər sürətli və təsirli şəkildə yerləşdirildi. Bu əməliyyata hazırlaşan bütün zabitlərə və generallara minnətdarlığımı bildirmək istəyirəm”, deyə Vaqarşak Arutyunyan bildirib.

KATEQORIYA:
Bu xəbəri paylaş