Sərhəd pozucuları bu vasitələri Azərbaycana keçirə bilmədilər – FOTO

İrandan və Gürcüstandan Azərbaycana qanunsuz yolla narkotik və psixotrop maddələrin, həmçinin pirotexniki vasitələrin qanunsuz yolla gətirilməsinin qarşısı alınıb.

Bu barədə “AzeriDefence”yə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Belə ki, sentyabrın 22-də Azərbaycan Respublikası vətəndaşları Zeynalov Əbilhəsən Səhhəd oğlu və Orucov Burhan Adıgözəl oğlu Biləsuvar-Salyan şosse yolu kənarında gizlədilmiş 2160 ədəd “Pregabolin 150” və 17000 ədəd  “T-Dol 200” markalı psixotrop tərkibli dərman preparatlarını götürüb hadisə yerindən uzaqlaşmağa cəhd göstərərkən DSX-nin əməkdaşları tərəfindən saxlanılıb.

Sentyabrın 23-də isə Qazax rayonunun Şıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində Gürcüstandan Azərbaycana dövlət sərhədindən atla 2 ədəd 220 litirlik çəlləklərə yığılmış müxtəlif  formalı  pirotexniki vasitənin keçirilməsinin qarşısı alınıb. Çəlləklərə keçirilmiş baxış zamanı içərisində 192 ədəd böyük və 160 qutu kiçik ölçüdə müxtəlif çeşidli partlayıcı fişənglər aşkar olunaraq götürülüb. Sərhəd pozucuları hava şəraitinin qaranlıq, ərazinin sıx meşə olmasından istifadə edərək atları və qaçaqmalı hadisə yerində ataraq geri qaçıblar.

Sentyabrın 25-də Yardımlı rayonun Arus kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində İrandan Azərbaycana dövlət sərhədindən narkotik vasitə olan 7,6 kiloqram heroinin, 9,8 kiloqram tiryəkin və 1,3 kiloqram psixotrop tərkibli “Metafitamin” dərman preparatlarının keçirilməsinin qarşısı alınıb. Sərhəd pozucuları qaçaqmalı hadisə yerində ataraq geriyə qaçıblar. Hər üç faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

KATEQORIYA:
Bu xəbəri paylaş