Sərhəd Qoşunlarında andiçmə mərasimləri keçirilib

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə şəhərində və Xızı rayonu ərazisində yerləşən hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Bu barədə “AzeriDefence”yə Xidmətin mətbuat mərkəzindən məlumat verilib.

Gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra DSX-nın rəisi – Sərhəd Qoşunlarının komandanı gеnеral-polkovnik Еlçin Quliyеvin təbriki şəxsi heyətə çatdırılıb.

Çıxışlarda vətənə, dövlətə sədaqət andı içərək Azərbaycan sərhədlərini şərəflə qorumaq məsuliyyətini öz üzərlərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına və xidmətdə yüksək nəticələrə nail olacaqlarına əminlik ifadə edilib.

Tədbirlərdə iştirak edən validеynlər hərbi hissələrdə yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, övladlarını təbrik еdərək onlara Vətən sərhədlərinin kеşiyində ayıq-sayıq dayanmağı tapşırıblar.

Tədbirlər gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.

photo_20161114114856

photo_20161114114837

photo_20161114114811

photo_20161114114711

KATEQORIYA:
Bu xəbəri paylaş