Sərhəd zastavasının bazasında məktəblilərin “Sərhədçi” yay düşərgəsi yekunlaşıb – FOTO

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən gənclərin hərbi-vətənpərvərlik ruhundа tərbiyə olunması, sərhədçi pеşəsinə mаrаğın аrtırılması məqsədi ilə iyulun 13-də Bakının Nəsimi rayonu orta məktəblərinin 7-10-cu sinif şagirdləri üçün Şəki Sərhəd Dəstəsinin “Laza” sərhəd zastavasının bazasında “Sərhədçi” yay düşərgəsi təşkil olunub.

DSX mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, yay düşərgəsində avtomat silahının sökülməsi və yığılması, xidməti itlərin iştirakı ilə itaət komandalarının yerinə yetirilməsi, narkotik maddə və partlayıcı vasitənin xidməti itlər tərəfindən axtarılıb tapılması, sıra hazırlığı, meşəlik ərazidə silahlı sərhəd pozucularının saxlanılması və sərhəd zastavasına müşayiət edilməsi mövzusunda məşğələlər keçirilib.

Plana əsasən məktəblilər arasında pnevmatik silahdan atıcılıq, mini futbol, şahmat, dama və stolüstü tennis yarışları keçirilmiş, axşam saatlarında şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə musiqili-əyləncəli proqram, düşərgənin yaxınlığındakı şəlaləyə, Qəbələ rayonunun tarixi, gəzməli və görməli yerlərinə ekskursiyalar təşkil olunub, Azərbaycan kinofilmlərinin nümayişi həyata keçirilib.

İyulun 19-da “Sərhədçi” yay düşərgəsinin yekunu ilə əlaqədar təntənəli tədbir keçirilib. Tədbirdə Dövlət Sərhəd Xidməti rəisinin müavini, gеnеral-leytenant Azad Ələkbərоv və Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov yarışlarda qalib gəlmiş məktəbliləri qiymətli hədiyyələrlə mükafatlan­dırıb və belə tədbirlərin gənclərin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rоl оynadığını vurğulaıb.

Yekunda “Sərhədçi” vokal-instrumental ansamblı məktəblilər qarşısında konsert proqramı ilə çıxış edib.

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

KATEQORIYA:
Bu xəbəri paylaş