Sərhədçilər dənizdə köməksiz qalan 3 nəfəri xilas ediblər

Yanvarın 16-sı saat 18:10 radələrində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin “Mayak” sahil nəzarəti məntəqəsinə bir ədəd qayığın 3 nəfər balıqçı ilə birlikdə dənizdən qayıtmadığı barədə məlumat daxil olub.

DSX-nin mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, qayığın koordinatları müəyyənləşdirildikdən sonra sərhəd gözətçi gəmiləri vasitəsilə həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində texniki nasazlıq səbəbindən sahildən 3,8 mil aralıda dənizdə qalmış balıqçı qayığı aşkarlanıb.

Neftçala rayon Kürkənd kənd sakinləri Əhmədov Taleh Hacıbala oğlu, Şirəliyev İxtiyar Şirəli oğlu və Ağacanov Bəxtiyar Əsəd oğlu saat 00:30-da xilas edilərək qayıqla birlikdə sahilə çıxarılıblar.

KATEQORIYA:
Bu xəbəri paylaş