Sərhədçilər Gürcüstandan Azərbaycana qaçaqmalın keçirilməsinin qarşısını alıblar

Fevralın 11-də Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən külli miqdarda qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Bu barədə “AzeriDefence”yə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Qazax rayonunun Babakər yüksəkliyi istiqamətində yerləşən sərhəd zastavasının xidməti sahəsindən Gürcüs¬tan¬dan Azərbaycana qaçaq¬malın keçirilməsi barədə daxil olmuş məlumat əsasında ehtimal olunan ərazidə axtarış tədbirləri həyata keçirilib.

Tədbirlər nəticəsində saat 03:00 radələrində dövlət sərhəd xəttinin yaxınlığında dövlət nömrə nişanı 35 BH 057 olan “Kamaz” markalı nəqliyyat vasitəsinə 5-6 nəfər tərəfindən iri buynuzlu mal-qaranın və müxtəlif ölçülü bağlamaların yüklənməsi aşkarlanıb.

Axtarış qrupu tərəfindən yaxalanarkən havanın qaranlıq və dumanlı olmasın¬dan istifadə edən sərhəd pozucuları qaçaqmalı hadisə yerində qoyaraq Gürcüstan istiqamətində geri qaçmağa müvəffəq olublar.

“Kamaz” markalı nəqliyyat vasitəsinin sürücüsü sərhədçilərin havaya xəbərdarlıq atəşinə məhəl qoymayıb, avtomobili yüksək sürətlə hərbi qulluq¬çuların üzərinə sürərək onların həyat və sağlamlığı üçün ciddi təhlükə yaratmış və hadisə yerindən uzaqlaşmağa çalışıb.

Sərhədçilər tərəfindən məlumatlandırılmış DYP əməkdaşlarının saxlama tələ¬binə tabe olmayan nəqliyyat vasitəsinin sürücüsü qurulmuş maneəni vurub keçib. Avtomobilin yük yerindəki qaçaqmalı yerə salaraq onu təqib edənlər üçün maneə yaratmaqla qaçmağa cəhd göstərib.

Həyata keçirilmiş tədbirlər nəticəsində “Kamaz” markalı nəqliyyat vasitəsi Ağstafa rayonunun Poylu kəndi ərazisində saxlanılıb. Avtomobilin sürücüsünün 1980-cı il təvəllüdlü, Qazax rayonu Daş Salahlı kənd sakini Süleymanov Samir Siyavuş oğlu olduğu müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində 6 baş at, 30 baş buzov və 12 bağla¬mada 90 adda 44 374 ədəd müxtəlif dərman pereparatlarından ibarət qaçaqmal aşkar edilib.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş