Sərhədçilər külli miqdarda narkotik vasitənin Azərbaycana keçirilməsinin qarşısını alıb

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitələrin respublika ərazisinə gətirilməsi ilə məşğul olan mütəşəkkil cinayətkar qrupların zərərsizləşdirilməsi istiqamətində tədbirlər davam etdirilməkdədir.

DSX-nın Mətbuat Mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, sentyabrın 26-da həyata keçirilən tədbirlər nəticəsində Cəlilabad rayonu Sərxanlı kənd ərazisindəki zastavanın xidməti sahəsində İrandan Azərbaycana qaçaq yolla külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

Nəticədə Cəlilabad rayon sakini 01.06.1979-cu il təvəllüdlü Nəsirov Rövşən Fərahim oğlu 7 kq tiryək və 470 qram heroinlə saxlanılıb.

Fakt üzrə DSX tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş