Sərhədçilər narkotik vasitələrin dövriyyəsinin qarşısını alıblar – FOTOLAR

Dövlət Sərhəd Xidməti (DSX) narkotik vasitələrinin qeyri-qanuni dövriyyəsi, qaçaqmalçılıq və qeyri-leqal miqrasiya məqsədləri ilə dövlət sərhədinin pozulması hallarının qarşısını alıb.

DSX Mətbuat Mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, yanvarın 7-də həyata keçirilən tədbirlər nəticəsində Biləsuvar rayonu ərazisindəki sərhəd zastavasının xidməti sahəsində adıçəkilən rayon sakinləri Cəfərov Fuad Abbasqulu oğlu və Rəhimov Samir Ataş oğlu 1000 qutu “MM” markalı və 470 qutu “Continental” markalı siqaretləri dövlət sərhədindən keçirməyə cəhd göstərərkən saxlanılıblar.

Yanvarın 9-da isə həmin sərhəd zastavanın xidməti sahəsində həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayon sakinləri Əliyev Rövşən Tofiq oğlu, İbişov Elşad Rafiq oğlu və Qasımzadə Musa Azad oğlu narkotik vasitə olan 3,9 kq həşiş qətranı və 3,7 kq marixuana ilə tutulublar.

Yanvarın 10-da Füzuli rayon Əhmədalılar kənd ərazisindəki zastavanın xidməti sahəsində Azərbaycandan İrana keçməyə cəhd göstərərkən 3 nəfər Banqladeş Xalq Respublikası vətəndaşları Kansar Mohammad, Motabbar Mahin və Sarkan Anasdır saxlanılıb­lar.

Saxlanılmış şəxslərin dövlət sərhədini pozmaqla İrana, oradan isə qaçaq yolla Türkiyəyə keçmək niyyətində olmaları müəyyən edilib.

Hər üç fakt üzrə DSX tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1

2

3

4

5

6

????????????????????????????????????

KATEQORIYA:
Bu xəbəri paylaş