Sərkisyan Ohanyanı Sərkisyanla əvəzlədi

Ermənistanın Silahlı Qüvvələrinin rəhbərliyində dəyişiklik olub.

“AzeriDefence”nin məlumatına görə, Seyran Ohanyan müdafiə naziri postundan uzaqlaşdırılıb. Onun yerinə mülki şəxs, ixtisasca diplomat olan 1975-ci il təvəllüdlü Vigen Sərkisyan təyin edilib.

Ermənistan Siilahlı Qüvvələrinin Baş Qərargah rəisi postuna isə general-leytenant Movses Akopyan təyin olunub. Baş Qərargahın əvvəəlki rəisi general-polkovnik Yuri Xaçaturov isə Ermənistan Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyinat alıb.

KATEQORIYA:
Bu xəbəri paylaş