Səsdən sürətli təyyarənin testlərinə başlanılıb – FOTO

ABŞ-da yeni yaradılan səsdən sürətli təyyarənin testlərinə başlanılıb.

“AzeriDefence”nin məlumatına görə, istehsalçı qurumlar olan “Lockheed Martin” və NASA yaradılma prosesi yeni başa çatan QueSST (Quiet Supersonic Technology) təyyarəsinin sınaqlarına başlayıblar.

Sınaqlar Klivlend ərazisində yerləşən Qlenna Tədqiqatlar Mərkəzində keçirilir. Test prosesinin 2017-ci ilin sonlarına qədər davam edəcəyi nəzərdə tutulub.

Məlumatda o da qeyd olunub ki, yeni aerodinamik qurğu ilə təchiz edilən təyyarənin sürəti adi aviasiya vasitələrindən 1,6 dəfə yüksək olacaq.

Təyyarənin səssiz olması isə aerodinamikası ilə daha çox bağlıdır.

 

KATEQORIYA:
Bu xəbəri paylaş